Cinayətlərin səbəbini axtarmağa dəyməz, onun toxumu hər yerə səpilib.
(Emmonuel Munye, fransız filosofu)
Narkotik maddələrin qanunsuz dövriyyəsi və ondan sui-istifadələrin tarixi kökləri qədim dövrlərə aid olsa da, bu problem müasir dövr və beynəlxalq ictimaiyyət üçün həyəcan təbili çalır. Narkoloq alimləri və ekspertlər bunu bir sıra ölkələrdə sosial bədbəxtlik və narkotik mafiya olayı kimi qəbul edirlər.
Narkomaniya bu gün Latın Amerikası dövlətlərinin idarəçilik üsuluna çevrilib. Cənub-Şərqi Asiya ölkələrində bu təhlükəli təbəqənin ordusu var. Narkotiklərdən əldə edilən gəlir neftdən gələn gəliri, hətta dünya üzrə silah satışından əldə edilən kriminal biznesin gəlirini də üstələyir. İkinci yerdə isə İnsan Alverindən gələn gəlir durur.
Mütəxəssislər belə hesab edir ki, 80-ci illərdə SSRİ-nin “quru qanun”la spirtli içkilərin qəbuluna və satışına qoyulan qadağalardan sonra insanlar kimyəvi preparat və həblərin qəbuluna üstünlük verməyə başladılar. Məhz 80-ci illərin sonunda artıq “narkotik şəbəkələr” yarandı. Həmin illərdə narkotik vasitələrin qanunsuz dövriyyəsi il ərzində 500 tona çatırdı. 1996-cı ildən sonra isə opium və heroindən geniş istifadəyə yol açılır. Bu, 1996-cı ilə qədər narkomaniyaya qarşı mübarizənin səthi və yaxud səhlənkar aparılmasının nəticəsi idi. Tədricən narkotiklərdən qanunsuz istifadə “dəbə mindi”. Həmin maddələri metrolarda, bazarlarda, diskotekalarda, məktəblərdə, ali təhsil ocaqlarında , bir sözlə hər yerdə əldə etmək mümkün idi.
Bəzi ekspert-həkimlərin qənaətinə görə hazırda Rusiya dünya bazarında sintetik narkotiklərin eksportu və istehsalı ilə məşğul olan 5 iri dövlətlərdən biri hesab edilir. 2000-ci ildən başlayaraq bu ölkədə 13-17 yaşlı yeniyetmələr narkotiklərin daha ağır növü Heroinin qəbulunu “kəşf” etdilər. Tədricən narkomaniyanın sağalmaz xəstəlik kimi, savadsızlıq, profilaktik xarakterli informasiyanın qeyri-müəyyən və əks nəticə verməsi, onunla mübarizədə elmi yanaşmanın olmaması və yaxud səthi xarakter daşıması, mübarizənin ancaq hüquq-mühafizə orqanlarına həvalə edilməsi, narkomaniya probleminin mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi yolu ilə həlli; narkoman-xəstələrin müalicəsində qeyri-səmərəli metodlardan istifadə və yaxud müalicənin primitiv metodla-psixi xəstələrin müalicə üsulundan üstifadə etməklə həyata keçirilməsi; narkomanların reabilitasiya olunmasında, müalicəsində mütəxəssislərin əməyinin düzgün qiymətləndirilməməsi; bu məqsədlə büdcədən ayrılan vəsaitin məhdudluğu; donorların olmaması; narkomanlıqdan müalicəni mifə döndərməklə,-guya bu xəstəlik müalicə olunmazdır – və.s səbəblər, əslində narkomaniyanın venerik xəstəlikləri və infeksiya mənbəyinə çevrilməsi üçün zəmin yaradır.
Hazırda dünyada və sovetdən miras qalmış qonşu Rusiyada bu epidemyanın qarşısını almaqda və kökünün kəsilməsində bir metod tapılmır.
Respublika Daxili İşlər orqanlarının fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlər nəticəsində 2024-cü il ərzində 4 ton 714 kg. narkotik vasitə götürülüb. Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 283 kg. narkotik vasitələrin qarşısı alınıb. Onlayın satışla realizə edilən 466 fakt üzrə 2 ton 51 kg. narkotik vasitə aşkarlanıb. Ötən il bu sahədə 108 cinayətkar dəstə zərərsizləşdirilib. DİN-nin Narkotiklərə Qarşı Mübarizə Baş İdarəsinin və ərazi yurisdiksiyasına daxil olan polis orqanlarının peşəkarlıqla müşayət olunan fəaliyyət istiqamətləri davam edir. Burada vətəndaş cəmiyyətinin rolu təqdir olunur.
2025-ci ilin yanvar ayının 24-də DİN-nin ötən ildə cinayətkarlığa qarşı mübarizənin vəziyyətinə dair Kollegiya iclasında nazir, general-polkovnik Vilayət Eyvazov QHT və media mənsublarının fəaliyyətini təqdir etmiş, bu sahədə ərazi polis orqanları əməkdaşlarının iştirakı ilə ölkə ərazisində 1200-ə yaxın maarifləndirmə xarakterli tədbirlərin keçirilməsi nəzərə çatdırılmışdır.
Azərbaycan Respublikası Narkomaniya və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü il 11 ayı ərzində qanunsuz dövriyyədən çıxarılan koakin, heroin, həşiş,tiryək və psixotrop maddələrin ümumi dəyəri 154 mln. 579 min manat dəyərləndirilib.
Ötən il hüquq mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli ümumilikdə 8 min 549 cinayət faktı aşkarlanıb. Onlardan 2 min 837-si narkotik vasitələrin qanunsuz satışı, 5 min 478-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 228-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 6-sı isə digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə 6 ton 403 kiloqram 647,445 qram narkotik vasitə və psixotrop maddə çıxarılıb. Həmin maddələrin 524 kiloqram 059,659qramını heroin, 5 ton 313 kiloqram 809,136 qramını marixuana, 164 kiloqram 849,07 qramını tiryək, 38 kiloqram 852,443 qramını həşiş, 205 kiloqram 385,123 qramını psixotrop maddələr, 156 kiloqram 692,014 qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 38 min 807 ədəd metadon, 15 min 392 ədəd çətənə kolu, 429 qram və 240 ədəd həb şəkilli güclü təsir edən maddə,10 qram prekursor qanunsuz dövriyyədən götürülüb.
Ötən ilin 11 ayı ərzində Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1439,6 hektar sahədən 2 milyon 864 min 953 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib. Qanunsuz dövriyyədən çıxarılmış 6 ton 403 kiloqram 647,445 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 154 milyon 579 min manat qiymətləndirilir.
11 ay ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6 min 693 nəfər cəlb edilib (onun 2 min 888 nəfəri əvvəllər məhkum olmuş şəxslərdir). Onların 2 nəfəri 16-18, 498 nəfəri 18-25, 1012 nəfəri 26-29, 5181 nəfəri 30 və ondan yuxarı yaşlarda olanlardır. Tutulanların 6 min 497-si kişi, 196-sı qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin 59 xarici ölkə vətəndaşından 25-i İran İslam Respublikası, 10-u Rusiya, 13-ü Türkiyə, 7-si Gürcüstan, 1-i Özbəkistan, 2-si Ukrayna, 1-i Birləşmiş Ərəb Əmirlikləri vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 212 kiloqram 424,217 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb. Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 235 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 406 kiloqram 149,481 qram narkotik vasitə və psixotrop maddə, 38 min 807 ədəd metadon həbi, 1710 ədəd və 44 qram güclü təsir edən maddə çıxarılıb. Ümumilikdə, aşkar edilmiş cinayətlərin 313-ü qrup halında törədilib. Narkoqruplardan 2 ton 471 kiloqram 706,851 qram və 13 min 220 ədəd metadon həbi, psixotrop maddə və 213,4 qram güclü təsir edən maddə müsadirə edilib.
Yuxarıda qeyd etdiyim kimi Narkocinayətlərin 2 min 888-i əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 1 ton 895 kiloqram 031,5 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
“Gələcəkdə nə etmək lazımdır ki, bu bəlanın qarşısı alınsın?”
Dünyada narkotiklərin daha çox inkişafına təsir edən mühüm faktorlardan biri Orta Asiyada becərilən narkotik tipli bitki mənşəyinin əkilməsidir. Sibir, Uzaq Şərq də belə ərazilərə daxildir. Məlumata görə Rusiyanın ərazisində 1milyon hektardan çox narkotik bitkilərin becərildiyi “zəmi" var. Bu işlə məşğul olanların əksəriyyəti əlillər, təqaüdçülər və işləməyənlərdir. Onlar sosial çətinliklərini və ehtiyaclarını başqa vasitələr ilə ödəyə bilmədiklərindən narkotiklərin becərilməsinə və satışına üstünlük verirlər.
Dünyanın təcrübəli ekspertlərinin mülahizələrinə görə mübarizənin səmərəsini görmək üçün, ilk növbədə dünyada mövcud narkotik vasitələrin satışına və təchizatına imkan verən leqal və yaxud qeyri-leqal bazar bağlanmalıdır. Amma necə bağlanmalıdır? - sualına cavab axtarılmır. Digər mütəxəssislərin fikrincə, "Nə qədər ki, bazara marağı olan dövlətlər var, narkomaniyanın inkişaf coğrafiyası da genişlənəcək”. Narkomanların cinayət məsuliyyətinə cəlb edilməsinin faydası yoxdur. Əksinə, onların yəni xəstələrin sağlamlıqlarının qayğısına qalmaq, onların müalicəsinə üstünlük vermək daha məqsədə uyğundur. “Bu həm də, dövlətin ali məqsədinin yerinə yetirilməsidir". Hər halda maraqlı fikirdir. Düşünməyə dəyər.
Ümumiyyətlə narkobiznesin inkişafına pozitiv təsir edən faktor və səbəblərə aşağıdakıları daxil etmək olar:
1.Mübarizədə beynəlxalq aləmin (ictimaiyyətin) zəifliyi, bəzi dövlətlərin ərazi yurisdiksiyasında olan narkoticarətə kontrolun səthi olması;
2.D övlətlərin bu istiqamətdə həyata keçirdiyi siyasətin başdansovdu xarakter daşıması, cinayətkar birliklərdən qorunmaq xatirinə onların hərəkətlərinə göz yumması, barışması, bəzən də, belə birliklərə havadarlıq etməsi;
3.Güclülərin bəzən siyasi məqsədlərinə çatması üçün narkotik bazarlardan gələn kriminal biznesin köməyi ilə özündən zəif ölkələri təhdit etməsi, ölkədə siyasi və iqtisadi sabitliyin nəzarətdən çıxması, milli münaqişələrin inkişafına və transmilli mütəşəkkil cinayətkarlığa zəmin yaratması;
4.Səbəblərdən biri, bəlkə də, ən mühümü Sosial inistitutların zəifləməsi, 1991-ci ildən sonra sosialist dövlətlərinin keçid mərhələsi ərəfəsində siyasi, iqtisadi və sosial dəyişikliklərin nəzarətdən çıxması, terror və ekstremist qruplarının mütəşəkkil cinayətkarlıqla iş birliyində müəyyən razılığa gəlməsi;
5.Narkotiklərin tranziti zamanı sərhəd baryerlərinin asanlıqla keçilməsi, yoxsulluğa qarşı axtarılan alternativ yolların qeyri effektivliyi...
Digər faktorlar sırasında SSRİ-nin süqutundan sonra uzun illər Uşaq və Gənclər Təşkilatı sisteminin ləng bərpası; cəmiyyətin təbəqələrə bölünməsi-sosial statusun arzuolunmaz məcrada dəyişməsi; qərb mədəniyyətinin kütləyə təsiri və qərb stilli həyatın təbliği; həyat əhəmiyyətli ictimai-mənəvi dəyərlərin itirliməsi; cəmiyyətdə dəyərlər böhranının baş verməsi və.s daxil etmək olar.
Gəlin yenə DİN-nin bu istiqamətdəki mübarizə fəaliyyətinə nəzər salaq:
Mübarizənin düşünülmüş əməliyyat-axtarış tədbirləri nəticəsində xarici vətəndaşlardan ibarət 59 nəfər aşkarlanmış (2023-2024 cü ildə) onun 25-i İran İslam Respublikası, 10-u Rusiya Federasiyası, 13-ü Türkiyə, 7-i Gürcüstan, 1- BƏƏ vətəndaşı olmuşdur. Azərbaycan Respublikası CM-nin tələblərinə müvafiq barələrində prosessual hərəkətlər həyata keçirilmişdir.
Cinayətlərin digər növlərindən fərqli olaraq sosial bəlanın bu təsnifatı ilə mübarizənin effekti spesfik bilik və bacarıqdan, habelə əməliyyat-axtarış səriştəsindən asılı olur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar barədə məlumat bankına sahib olmaq, daxil olan və əhəmiyyət kəsb edən belə məlumatlardan istifadə etmək də xüsusi qabiliyyət və spesfik kefiyyətlər bacarığı tələb edir. Hesab edirəm ki, Azərbaycan dövlətinin müvafiq qrumları (DİN, MTN və.s) dövlətin vahid proqram xarakterli tələbləri daxilində peşəkarlıqdan irəli gələn vəzifələrinin öhdəsindən gələ bilirlər.
Fərdi həyat şəraitinin yüksək standarları barədə KİV-də reklam xarakterli yazıların (məlumatların) dərc edilməsi, xarici kino və televziya məhsullarının təsiri altında formalaşan rifah halının yaxşılaşdırılması barədə məlumatların yayılması psixi pozğunluğu olan gənclərdə imitasiyalı əxlaq-davranış modelinin inkişafına imkan verir. Bəzi ölkələrdə - Niderland və İspaniyada narkotiklərin legallaşması üçün “yaşıl ışığın” olması, KİV-də narkotiklərlə bağlı məlumatların zərərli tərəfinə deyil, yalnız onun kəmiyyət göstəricilərinə diqqət yetirilməsi cəmiyyətdə gənclərə “qeyri sağlam” dəhliz açır. Narkotik maddələrin legallaşmasına “məqsədəuyğun” diskussiyalara yer verilməsi, narkomaniyanın ictimai hadisə kimi cəmiyyətdə “humanizmləşmə”sinin təbliğatı abstrak xarakter daşıdığından və reallıqlara məhəl qoyulmadığından vətəndaşlar arasında hüquqi tərbiyə və mədəniyyətin artırılmasına, gənclərlə bağlı siyasətin dövlət siyasətinə uyğun, beynəlxalq təcrübəyə əsaslanmaqla qurulması, gənclərdə özünüifadə formasının aşılanmasına, asudə vaxtlarının necə və harada keçirilməsinin reallaşmasına ehtiyac var. Təhsil müəssisələrinin və asudə vaxtların mənalı keçirilməsi yerlərinin həddindən artıq kommersiyalaşması, gənclərin maddi və sosial çətinliklər ucbatından təhsillərini davam etdirə bilməməsi də, səbəblərdən biridir.
Narkomaniyaya şərait yaradan və etioloji (yunan sözü kimi səbəb və fikirləşək, tibbin xəstəliklərini öyrənən bölməsi) faktorlar sırasında yetkinlik yaşına çatmayanları real həyat yolundan azdıran və onların addiktiv davranışına (asılılıq davranışı haqqında elm, addiktiologiya 80-ci illərdə ABŞ-da alkoqol və psixoaktiv maddələrlə əlaqəli asılılq təbabətin bir qolu kimi meydana çıxıb) təsir edən səbəblərindən biri də, ailənin rolu, onun necə idarə edilməsidir.
Narkomanlığın gənclər arasında yayılması və gəncləşməsi bütövlükdə dünya cəmiyyətinin bu gününü və gələcəyini təhlükə altına alır. Əgər əvvələr cəmiyyətdə daha çox alkoqollu içkilərə meyl var idisə, indi narkomanlığa meyl artıb, katostrafik sürətlə dairəsi genişlənir. Dünyada ağır cinayətlərin artımından sonra, ikinci sosial problem kimi narkomniya baş alıb gedir.
Gənclərin nəzərində yaşlı nəslin nüfuzdan düşməsi (dəyərlər sisteminin olmaması) ; valideyinlərdən birinin və ya hər ikisinin alkoqollu içkilərə vərdişi; etik, əxlaq və dini standartların cəmiyyətdə tədricən korroziyaya uğraması; milli-mənəvi dəyərlərin itməsi; valideyinlərin uşaqların şüuruna təsir edə biləcək narkotik maddələrin zərəri barədə informasiyanın az olması və yaxud olmaması, habelə sosializm dövrünün postualtı da mikrososial faktorlar sırasında müəyyən yeri, çəkisi var.
Qeyd olunan faktorlarən narkomaniyaya qıcıqlandırıcı təsiri olmasa da, onun inkişafına şərait yaradır. Mübarizənin determinoloji və kriminoloji faktorlarına nəzər yetirdikdə aşağıdakı mənzərə diqqət çəkir:

Bütün bunlar ölkədə narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin əyani təzahürü, problemləri, doğuran səbəblərin aradan qaldırılmasına səmtlənən çətin xidməti fəaliyyətin təzahürüdür.
Tədbirlər miqyasının eskolasiyası böyüdükcə və aşkar olunan faktların dinamikada artımla müşahidə edilməsi mübarizənin preventiv xarakterindən irəli gəlir.
Şəmsəddin Əliyev
“Polisə Dəstək” İB-nin sədri
