Bakı. Trend:
Koreya Xalq-Demokratik Respublikasının ordusu ölkə lideri KimÇen Inın rəhbərliyi altında ballistik raketin buraxılışı iləmüşayiət olunan hərbi təlimlər keçirib
Trend xəbər verirki, bu barədə KXDR-in dövlət informasiya agentliyi məlumatyayıb.
“Hörmətli yoldaş, Kim Çen In uzaqmənzilli artilleriya və raketsistemləri ilə zərbə endirilməsi üzrə birgə təlimlərə rəhbərlikedib,” – məqalədə bildirilir.
Qeyd olunur ki, təlimlərin məqsədi bölmələrə artilleriya vəraket sistemlərindən istifadə qaydalarını aşılamaq olub.