Bakı. Trend:
Çalışacağıq ki, Ailə Konsepsiyası ilin sonuna qədər hazırolsun.
Trend xəbərverir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlətkomitəsinin sədri Bahar Muradova bu gün Fəxri Xiyabanda Ulu ÖndərHeydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərəaçıqlamasında deyib.
Komitə sədri bildirib ki, bu, olduqca mürəkkəb sənəddir:
"Ailə Konsepsiyasını hazırlayarkən dünya təcrübəsini öyrənməyəçalışdıq. Bəzi ölkələr istisna olmaqla, əksər dövlətlərdə bununlabağlı sənəd yoxdur. Daha əvvəl müəyyən xalqlar və dövlətlərsözügedən konsepsiyaya ehtiyac duymayıb. Ancaq hazırda dünyadagedən proseslər, xüsusilə milli və ənənəvi dəyərlərin aşınması,milli identikliyə olan təhlükələrin genişləndiyi və hər cürtəzyiqlərin olması bir çoxlarımızın düşünməyə vadar etdi.Bilirsiniz ki, biz milli kimliyinə, tarixinə, bağlı xalqıq. Onagörə də sənədin qəbulu vacibdir".
B.Muradova bildirib ki, hazırkı ənənələri gələcək nəsillərə dəötürməliyik.
"Nə qədər müasir cəmiyyətə qovuşsaq da, yeniliklərin, inkişafıngözəl nəticələri olsa da, biz bu inkişaf yolunu milli kimliyimiz,dəyərlərimiz, mədəniyyətimiz və tariximiz üzərindən keçməliyik.Babalarımızdan aldığımız irsi gələcək nəsillərə ötürməyi təminetməliyik. Bu baxımdan konsepsiyanın qəbulu çox vacibdir və DövlətKomitəsi bu yöndə xeyli iş görüb. Sənədin hazırlaması prosesindəvətəndaş cəmiyyəti nümayəndələrinin, ziyalıların, bu sahə üzrəmütəxəssislərin rəyini öyrənmək üçün görüşlər keçirmiş,təkliflərini və rəylərini öyrənmişik. Həmçinin digər dövlətqurumlarının öhdəlikləri və təklifləri öyrənilməkdədir. Hazırdaişçi qrupu fəaliyyət göstərir və ölkədə ailə siyasətini təmin edənəlaqədar orqanlar prosesə cəlb olunublar. Vaxtaşırı görüşlərimizolur. Sənəd yekunlaşdıqdan sonra qurumlardan rəy alıb aidiyyatıüzrə təhvil verəcəyik", - o əlavə edib.