AZ

Ukraynaya 1 milyard avroluq yardım: Brüsseldən Qələbə Günündə simvolik dəstək

Ukraynaya

Avropa Komissiyası 8 may cümə axşamı Ukraynaya Makromaliyyə Yardımı (MFY) çərçivəsində istisna kreditin dördüncü tranşını – 1 milyard avro məbləğində – ayırıb. Avropa Komissiyasının mətbuat açıqlamasında bu vəsaitin Ukraynanın İkinci Dünya Müharibəsində nasizm üzərində qələbə və Anım Günü ilə eyni günə təsadüf etməsinin simvolik məna daşıdığı vurğulanıb.İlin əvvəlindən Avropa İttifaqı "Böyük Yeddilik" (G7) tərəfindən idarə olunan ERA (Extraordinary Revenue Acceleration) təcili kredit proqramı çərçivəsində Ukraynaya artıq 6 milyard avro maliyyə ayırıb. Nəticədə Avropanın bu proqramdakı ümumi payının 18,1 milyard avroya çatacağı planlaşdırılır.Martda keçirilmiş Xüsusi Aİ Sammitində Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bəyan etmişdi ki, lazım gələrsə, Aİ bu təşəbbüsdəki payını vaxtından əvvəl artırmağa hazırdır. Onun sözlərinə görə, Brüssel bu məsələdə Kiyevlə sıx təmasdadır.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Yeni Papa hələ seçilmədi – Sistina kapellasından qara tüstü qalxdı - FOTO - VİDEO

Tül, şəbəkə və “dəniz nəfəsi” – Bahar 2025-in dəb rüzgarı əsir!

Səbət Dolu, Ruh Boş?— Alış-veriş bağımlılığına psixoloji baxış

Seçilən
0
ulusum.az

1Mənbələr