AZ

“Betis” - finala yüksələn 12-ci İspaniya klubu!

Avropa Konfrans Liqasının həlledici oyununda iştirak hüququ qazanmış “Betis” avrokuboklarda finala yüksələn 12-ci İspaniya klubudur.

Arena.az xəbər verir ki, komanda buna Konfrans Liqasının yarımfinal mərhələsində İtaliya təmsilçisi “Fiorentina”nı mübarizədən kənarlaşdırmaqla nail olub.

Doğma meydanda rəqibini 2:1 hesabı ilə üstələyən “yaşıl-ağlar” cavab matçında heç-heçəyə razılaşıb – 2:2.

Bu vaxtadək “Real”, “Barselona”, “Atletiko”, “Valensiya”, “Sevilya”, “Vilyarreal”, “Atletik”, “Espanyol”, “Alaves”, “Saraqosa” və “Malyorka” bunu bacarıb.

İndiyədək Almaniyanın 12, İngiltərənin isə 15 komandası avrokuboklarda final həyəcanı yaşayıb.

Qeyd edək ki, “Betis” mayın 28-də həlledici oyunda İngiltərənin “Çelsi” komandası ilə üz-üzə gələcək.

Seçilən
0
2
arena.az

3Mənbələr