AZ

İsveç Silahlı Qüvvələri üçün yüngül topedolar alınır

“Saab” şirkəti İsveç Silahlı Qüvvələrini SLWT (“Saab Lightweight Torpedoes”) torpedoları ilə təmin edəcək.

“Poliqon” xəbər verir ki, bunun üçün şirkət İsveçin Müdafiə Avadanlıqları İdarəsindən (FMV) 1.3 milyard SEK (133.6 milyon ABŞ dolları) dəyərində sifariş alıb.

Sifarişə əsasən, torpedoların çatdırılmasına 2026-ci ildən başlanacaq.

İsveç Silahlı Qüvvələri tərəfindən “Torped 47” olaraq adlandırılan SLWT, ölkənin dəniz müdafiə imkanlarını gücləndirməyə yönəlmiş yeni yüngül torpedodur. SLWT, əsasən sualtı qayıqlardan və suüstü gəmilərdən istifadə üçün nəzərdə tutulub. Bununla yanaşı, o, helikopterlərə də inteqrasiya edilə bilər.

Seçilən
0
poliqon.az

1Mənbələr