AZ

Azərbaycan xüsusi təyinatlı nəqliyyat vasitələrinin idxalını azaldıb

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycana 98 ədəd xüsusitəyinatlı mühərrikli nəqliyyat vasitələri idxal edilib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu sayda nəqliyyat vasitələrinin idxalına çəkilənxərc 8,8 milyon ABŞ dolları olub.

Bu nəqliyyat vasitələrinin idxalı ötən ilin eyni dövrü iləmüqayisədə miqdar ifadəsi ilə 7 ədəd və ya 6,7%, dəyər ifadəsi ilə1,8 milyon ABŞ dolları, yaxud da 16,7% azalıb.

Belə ki, ötən ilin birinci rübündə Azərbaycana 10,6 milyon ABŞdolları dəyərində, 105 ədəd xüsusi təyinatlı mühərrikli nəqliyyatvasitələri idxal edilib.

Hesabat dövründə idxal olunan həmin nəqliyyat vasitələrinin birədədinin orta idxal qiyməti 89,7 min ABŞ dolları olub ki, bu da,illik müqayisədə 11,3 min ABŞ dolları, yaxud da 11,2% ucuzdur. Ötənilin eyni dövründə bu qiymət 101 min ABŞ dolları idi.

Qeyd edək ki, xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələrikonkret funksiyaları yerinə yetirmək üçün istehsal olunmuş,mühərriklə hərəkət edən və adətən ictimai nəqliyyat və ya yükdaşımaməqsədi daşımayan texnikalardır. Onlar standart avtomobillərdənfərqli olaraq, müəyyən xidmətlər və əməliyyatlar üçün təchizolunmuş olur. Bu nəqliyyat vasitələrinə əsasən yanğınsöndürməmaşınları, təcili tibbi yardım avtomobilləri, kommunal xidmətmaşınları və sair daxildir.

Seçilən
0
az.trend.az

1Mənbələr