"Tottenhem"in futbolçusu Rodriqo Bentankur yenidən İtaliyada oynaya bilər.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, uruqvaylı yarımmüdafiəçi hazırda “Napoli”nin əsas transfer hədəflərindən biridir. Neapol təmsilçisi 27 yaşlı futbolçu üçün “Tottenhem”lə danışıqlara start verib. Bentankur özü İtaliyaya qayıtmağa razılıq versə, keçid reallaşa bilər.
Uruqvay millisinin üzvünün “Tottenhem”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
O, 2022-ci ildə “Yuventus”dan “Tottenhem”ə keçib. Rodriqo daha əvvəl isə “Boka Xuniors”da çıxış edib.
saytlarin hazirlanmasi