AZ

Olimpiadanın gümüş mükafatçısı faciəli şəkildə öldü

2024-cü il Paris Olimpiadasının gümüş mükafatçısı, Fici reqbiçisi Kosaya Raisuke faciəvi şəkildə vəfat edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı idmançı Fransada ağır yol qəzasın adüşüb.

Hadisə onun məşqə gedərkən avtomobilinin dəmiryolu xəttində qatarla toqquşması nəticəsində baş verib.

Bildirək ki, karyerasına Avropa klublarında başlayan Kosaya Raisuke Ficinin reqbi-7 yığmasının tərkibində 2024-cü il Paris Olimpiya Oyunlarında gümüş medal qazanmışdı. Finalda Fici reqbiçiləri Fransa yığmasına 7:28 hesabı ilə məğlub olmuşdular.

Seçilən
0
2
musavat.com

3Mənbələr