Avrokubokların yarımfinal mərhələsinə yekun vurulub.
Msport.az xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında raundun ümumilikdə 6 görüşü keçirilib.
Bu qarşılaşmalardan sonra UEFA reytinqi yenilənib. Cədvəlin lideri İngiltərə daha çox qazanc əldə edərək üstünlüyünü artırıb.
Azərbaycanın isə mövqeyi dəyişməyib. Avropada təmsilçisi qalmayan ölkəmizin hesabında 19,625 xal var. Azərbaycan siyahıda 30-cudur.
Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Qeyd edək ki, cədvələ başçılıq edən İngiltərənin 114,624 xalı var.