“Real” baş məşqçi postu üçün Xabi Alonso ilə anlaşıb.
Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Madrid təmsilçisi ispan mütəxəssislə 3 illik müqavilə imzalayacaq.
“Real”a hazırda Karlo Ançelotti rəhbərlik edir. Onun mövsümün sonunda klubdan ayrılacağı gözlənilir. Xabi isə Almaniya “Bayer”ini çalışdırır.