Bakı. Trend:
Bəzən insana elə gəlir ki, müharibələr bitir. Toplar, tüfənglərsusur. Cəbhə xəttinin üzərində təyyarələr, raketlər, mərmiləruçuşmur. Əsgərin sinəsinə tikilmiş məktublar və dualar geriqayıdır. Daha güllə səsləri eşidilmir - əvəzində bir sükut var.Amma bu - ilğımdır. Həqiqi müharibələr səngərlərdə ölmür. Onlarəriyir, xəlitə olur və güllələrdən də uzunömürlü olurlar.
Onlar yaddaşa hopur. Abidələrin yanında pıçıldaşan qocaqadınların səsinə, arxivlərdə saralmış kağızların qoxusuna, nəvəninəlinə alıb mənasını bilmədən baxdığı medalların qənirsizparıltısına çevrilir.
Qələbə - sadəcə bir hadisə deyil. Bu - bir əhd, gələcəyə mirasqalan vəsiyyətdir. Və yaddaşı süni şəkildə dəyişməyə çalışırlarsa -cümlələr pozulur, səhifələr cırılır. Qəhrəmanların adı cəlladlarladəyişdirilirsə - tarix özü nəfəs almaqda çətinlik çəkir.
Məhz həmin zamanda insan olmaq haqqı pozulur.
... Cənubi Qafqaz çox faciələr görüb. Amma zamanla sağalmayanbir faciə də var - yaddaşın xəyanətə uğraması. Bir xalq azadlıquğrunda canını qurban verənləri ehtiramla yad edərkən, digər xalqnasizmə xidmət edənlərə daşdan çələng hörür. Bir yerdə əsgərinxatirəsi qarşısında baş əyilir, digərində SS zabitinə abidəucaldılır. Bu - səhv deyil. Bu - təsadüf də deyil. Bu -seçimdir.
Azərbaycan işıq tərəfini seçdi. O, Qələbəyə təkcə qan və igidlikvermədi. Neft verdi, çörək verdi, gecə-gündüz işləyən zavodlarınritmini verdi. Mükafat istəmədən inandı və bu inancı qoruyur -bürüncdə, kitablarda, müharibə görməyən, lakin sülhün qiymətinibilən uşaqların sözlərində.
Yanımızda isə - Ermənistan. Bu ölkə kollaborasionisti, satqını,mənəviyyatsızı, əxlaqsızı, xaini qəhrəmana çevirmək qərarına gəldi.Hitlerçilərin silahdaşını millətin ideoloji simvoluna döndərdi.Tarix orada yalanın qurumuş qatıyla örtülmüş bir güzgüyə çevrildi.Və bu güzgüdə həqiqətin əksi yoxdur. Yalnız bir kölgə var.
Bu gün artıq təkcə kitablar, muzeylər və küçə adları deyil -vicdanın özü də döyüş meydanına çevrilib. Burada sözlər güllədir,yaddaş səngərdir. Seçim isə kimə abidə ucaldacağında deyil. Kimolacağındadır: insanmı? Yoxsa yaddaşsız bir cəlladmı?
Müharibələr döyüş meydanlarında bitmir. Onlar davam edir -kitablarda, muzeylərdə, küçə adlarında və siyasətçilərinnitqlərində. Xüsusilə də postsovet məkanında, hər ölkə sanki təkcəbu günü üçün yox, keçmişini necə izah edəcəyinə görə də mübarizəaparır. Bu gün tarix saxtalaşdırması dövlət siyasətinin alətinəçevrildiyi bir vaxtda, tarixi yaddaş məsələsi strateji məna kəsbedir. Qələbə həqiqəti ilə faşist cəlladlarının qəhrəmanlaşdırılmasıarasında sadəcə ideoloji deyil - mədəni-sivilizasiyalı bir uçurumvar.
Azərbaycan bu yaddaşda qəhrəmanların tərəfindədir. O, faşizmüzərində qələbə naminə yüz minlərlə övladını qurban verdi, cəbhənineft, metal, insan resursları ilə təmin etdi. Bu gün Bakıda şəhidməzarları önündə başlar əyildiyi bir zamanda, İrəvanda Üçüncü Reyxəxidmət edənlərin abidəsinə gül qoyulur. Bu təkcə təhqir deyil - bu,Cənubi Qafqazda sülh gələcəyinə açıq təhdiddir.
1941-ci ilin iyununda İkinci Dünya Müharibəsi başladıqda odönəmdəki Azərbaycan SSR bütün Sovet İttifaqı kimi Vətəninmüdafiəsinə qalxdı. Amma Azərbaycanın töhfəsi simvolik deyildi. Bu- misilsiz insan və resurs səfərbərliyi idi: 600 mindən çoxazərbaycanlı cəbhəyə səfərbər edildi. Onlardan azı 350 mini - etnikazərbaycanlı idi. Bu, deməkdir ki, hər dördüncü əmək qabiliyyətlikişi evini tərk etdi - vətəni qorumaq üçün.
Gedən 600 min nəfərin yarıdan artığı geri dönmədi. Həlakoldular. Yoxa çıxdılar. Kurskda tank içində yandılar, ya da Berlinyaxınlığında qardaş məzarlarda dəfn edildilər. Bu, Azərbaycanınbütün bəşəriyyətin azadlığı uğrunda ödədiyi qiymətdir.
Müharibənin alovunda qəhrəmanlar doğuldu. Azərbaycan vətənə 123Sovet İttifaqı Qəhrəmanı bəxş etdi. Daha 170 min nəfər orden vəmedallarla təltif olundu. Onlar şöhrət axtarmırdılar - ölümüqarşılayırdılar ki, başqaları yaşaya bilsin. Biz yaşaya bilək.
Bakılı Qəhrəman Qafur Məmmədov Stalinqrad uğrunda döyüşlərdəbədənini pulemyot yuvasına sipər edərək, Aleksandr Matrosovunqəhrəmanlığını təkrarladı.
İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülənilk azərbaycanlı oldu. O, düşməni məhv etməklə kifayətlənmirdi - o,ordunu ruhlandırırdı.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş generalAzi Aslanov Baltikyanı və Şərqi Prussiyada düşmən müdafiəsini yarıbkeçən tank briqadasına komandanlıq edirdi. Onların qəhrəmanlıqlarıəfsanə deyil - bunlar arxivlərdəki sənədlər, təltif vərəqələri,cəbhədən gəlmiş məktublar, hələ də aramızda yaşamış şahidlərinyaddaşıdır.
Amma Qələbə yalnız səngərlərdə döyülmürdü. Müharibə illərindəBakı Sovet İttifaqının enerji ürəyinə çevrildi. 1941-ci ildəAzərbaycan SSR bütün sovet neftinin 72 faizini istehsal edirdi.Bakı zavodları qırmızı ordunun aviasiyası və tankları üçün lazımolan yanacağın - kerosin və dizelin - 90 faizini verirdi.Azərbaycan neftindən 25 milyon ton benzin, mazut, müxtəlif növyanacaq əldə olunmuşdu. Bu yanacaq olmasaydı, Sovet qoşunu biraddım da irəliləyə bilməzdi.
Zavod işçiləri sutkalarla çalışırdılar. Növbəni tərk etmədən.Neft, nasist işğalı təhlükəsinə baxmayaraq, birbaşa Bakıdan cəbhəyəgedirdi. Bu, Qələbənin neft damarları idi. Əgər Hitler Bakını ələkeçirsəydi - nə Stalinqrad qələbəsi olardı, nə Kursk döyüşü, nə dəBerlinin fəthi.
Azərbaycanlılar bütün cəbhələrdə vuruşurdular. 416-cı Azərbaycanatıcı diviziyası Qafqazdan Berlinədək döyüş yolu keçdi.Stalinqradın müdafiəsində iştirak etdi, Ukraynanı azad etdi, ŞərqiAvropanı şturm etdi. Bu diviziyanın tərkibində 13 minə yaxınazərbaycanlı döyüşürdü.
77-ci diviziya Qafqaz müdafiəsinin ön xəttində idi, Vistulaçayına qədər irəlilədi, Berlinin alınmasında iştirak etdi.Artilleriya generalı Əliağa Şıxlinski Azərbaycan hərb sənətininsimvoluna çevrildi. Azərbaycanlılar tanklarda, səmalarda,kəşfiyyatda, sualtı qayıqlarda vuruşurdular. Harada Qələbəsəslənirdisə, orada azərbaycanlı vardı.
Amma bugünkü Ermənistan fərqli bir yol seçdi.
Garagin Njde - normal tarix kontekstində bu ad Vlasov və Banderailə yanaşı çəkilməlidir. O, nasist Almaniyasının şüurlu tərəfdaşıidi. 1942–1944-cü illərdə Berlində, Abverin nəzdində yaradılmış"Erməni Milli Şurası"na rəhbərlik edirdi. Njde SS-in ermənihissələrinin, o cümlədən 812-ci batalyonun formalaşmasında iştiraketmişdi. Bu batalyon Balkanlarda partizanlara - yəni Hitlerə qarşıvuruşanlara qarşı döyüşlərdə istifadə olunurdu. Silahı əlində olanazadlıq döyüşçülərinə qarşı.
Onun ideologiyası - irqçi, şovinist və antisemitist idi. Özəsərlərində "ermənilərin ariyalı mənşəyi"ndən və "irqintəmizliyinin qorunması zərurəti"ndən yazırdı. Baxışlarıgizlədilməyib. Onlar açıq şəkildə nəşr olunub, sənədləşdirilib. O,NKVD tərəfindən dindirilib, arxivi bu gün Rusiyanın FederalTəhlükəsizlik Xidmətində (FSB) saxlanılır. Hər şey sənədlərləmövcuddur. Bu - uydurma deyil. Bu - faktlardır.
2000-ci illərin əvvəllərindən etibarən Ermənistanda Garagin Njdeobrazının sistemli şəkildə təhsil sisteminə yerləşdirilməsi prosesibaşlanıb. Onu nasizmə yardım edən xain kimi deyil, "azadlıq uğrundamübariz" kimi təqdim edirlər. 9–11-ci sinif tarix dərsliklərindəonun obrazı romantikləşdirilib, Hitlerlə əməkdaşlığı isə tamamiləgörməməzliyə vurulub. 2006-cı ildə məktəblərə daxil edilmiş"Ermənişünaslıq" fənnində Njde Andranik və Abovyandan bir sırada"milli ideoloqlar" kimi təqdim olunur.
Tarix müəllimləri üçün hazırlanan metodik vəsaitlərdə Njde "türkvə sovet işğalına qarşı müqavimət qəhrəmanı" kimi tədris olunmasıtövsiyə edilir. Bu - sadəcə təhrif deyil. Bu - şüurlusaxtalaşdırmadır. Bu - tarixi həqiqətə qarşı ideolojimüharibədir.
Garegin Njde - bir daha demək lazımdır - nasistlərləmüttəfiqliyi seçmiş adamdır. O, SS zabitləri ilə çiyin-çiyinəçalışmış, Hitlerə xidmət etmişdir. Bunu onun bioqrafiyası da, arxivsənədləri də, müstəqil tədqiqatlar da təsdiqləyir.
2016-cı ildə - artıq XXI əsrdə - İrəvanın mərkəzində, Xandjyanvə Çarents küçələrinin kəsişməsində Njdənin abidəsi ucaldıldıı.Haradasa ucqar bir kənddə deyil, fanatların özbaşına düzəltdiyibüst də deyildi - rəsmi, razılaşdırılmış və dövlət tərəfindənmaliyyələşdirilmiş bir abidə. Ermənistan Müdafiə Nazirliyininbilavasitə iştirakı ilə.
Bu yaramazın, caninin, xainin adıyla küçələr, məktəblər, kadetkorpusları adlandırılıb. Sünikdə ona üçmetrlik heykəl qoyulub. Həril xatirəsi qeyd olunur. Büstləri hərbi hissələrdə ucaldılıb.Təsəvvür edin: "Avropa dəyərləri"nə can atdığını iddia edən birölkənin ordusunda əsgərlər SS zabitinin heykəlinin önündənkeçirlər. Əgər bu, tarixi həqiqətə təhqir deyilsə, bəs nədir?
2000-ci illərdən başlayaraq Ermənistanda Garegin Njde obrazınıntəhsil sisteminə yerləşdirilməsi istiqamətində sistemli və ardıcıliş aparılır. Onu nasizmin əlaltısı kimi deyil, “azadlıq uğrundadöyüşçü” kimi təqdim edirlər. 9–11-ci sinif tarix dərsliklərindəonun fiquru romantikləşdirilib, Hitlerlə əməkdaşlığı isə tamamiləgörməməzliyə vurulur. 2006-cı ildə tədrisə daxil edilmiş“ermənişünaslıq” fənnində o, Andranik və Abovyandan bir sırada“milli ideoloqlar” siyahısına salınıb.
Tarix müəllimləri üçün hazırlanan metodik vəsaitlərdə Njde “türkvə sovet işğalına qarşı müqavimətin qəhrəmanı” kimi təqdim olunmasıtövsiyə edilir. Bu, sadəcə bir təhrif deyil. Bu - şüurlu vəməqsədli saxtalaşdırmadır. Bu - tarixi həqiqətə qarşı aparılanideoloji müharibədir.
Əgər söhbət təkcə dərsliklərdən getsəydi - bu artıq qorxuluolardı. Amma Ermənistanda Njde təkcə arxiv öyrənmələri üçün yox,silahlı gənclər üçün də bir simvola çevrilib.
2012-ci ildə Ermənistan Müdafiə Nazirliyinin iştirakı vəhimayəsi ilə “Njdeakan” adlı gənclər təşkilatı təsis edilib. Buqurum “vətənpərvər tərbiyə” və ilkin hərbi hazırlıqla məşğul olur.Onların şüarları, geyim formaları, ritorikası 1930–40-cı illərinmillətçi hərəkatlarını təkrarlayır. Bu, sadəcə bir ictimai təşəbbüsdeyil - dövlət dəstəkli ideoloji institutdur.
Ermənistan ordusunda “döyüşçünün şərəf kodeksi” adlandırılansənəd var ki, onun mətni birbaşa Garegin Njdenin əsərləri əsasındatərtib olunub. Bir sıra hərbi hissələrdə onun büstləri ucaldılıb. 1yanvar - Njdenin doğum günü - Ermənistan Silahlı Qüvvələritərəfindən rəsmi anım günü kimi qeyd olunur: gül dəstələri qoyulur,çıxışlar edilir, hərbi və mülki gənclərlə “maarifləndirici”mühazirələr aparılır.
Başqa sözlə desək: özünü “soyqırımın qurbanı” və “xristiansivilizasiyasının dayağı” kimi təqdim edən bir dövlət faşistkollaborasionistinin obrazını yeni milli şüurun sütununaçevirmişdir. Bu - tarixi yanlışlıq deyil. Bu - ideolojiseçimdir.
Əgər bir vaxtlar Ermənistan dünyaya “tarixin qurbanı” kimitəqdim olunurdusa, bu gün artıq o - tarixi yaddaşla manipulyasiyaedən, revanşist niyyətlərini “ədalət axtarışı” pərdəsi altındagizlədən bir siyasi aktora çevrilib.
Bəs Njdenin və onun kimilərin qəhrəmanlaşdırılmasının arxasındanə dayanır? Bu, sadəcə tarixi savadsızlıq deyil. Təsadüfi də deyil.Bu - dövlət səviyyəsində məqsədli bir siyasətdir. Cəmiyyətinətrafında birləşəcəyi real nailiyyətlər olmayanda - miflər meydanaçıxır. İdeallar yoxdursa - simvollar uydurulur. Və qan üzərindəqurulmuş simvol, çox asanlıqla silaha çevrilə bilir.
Ermənistanda etnosentrik ideologiyanın formalaşması gedir.Burada Türkiyəyə, Azərbaycana və ya “sovet işğalına” qarşı yönəlmişhər bir addım avtomatik olaraq haqlı sayılır. Hətta bu addımHitlerin tərəfdaşı olmaqdan ibarət olsa belə. Hətta bu - SS-inyanında vuruşmaq, Balkanlarda qırğınlar törətmək olsa da.
Bu yanaşma təkcə təhlükəli deyil - partlayıcıdır. Bu, barışığınöz ideyasını məhv edir. Bu, İkinci Dünya müharibəsində həlak olmuşmilyonlarla insanın xatirəsinə ehtiramı mümkünsüz edir. Və bu,Ermənistanı bütün müasir sivilizasiyadan ayırır. O sivilizasiyadanki, müharibədən sonrakı etikasını bir prinsip üzərində qurdu: “Heçvaxt təkrar olmasın.”
Azərbaycan isə Qələbəyə hər şeyini verdi. İnsanlarını.Resurslarını. İmanını. Qardaşlıq çiynini. Azərbaycan minnətgözləmir. Amma o, həqiqətə hörmət tələb edir. Çünki həqiqətsiz sülholmur. Həqiqətsiz - yalnız yeni yalan yaranır. O yalan ki, köhnəyalanlar kimi - insanları yenidən müharibəyə aparır.
Əgər İrəvanda doğrudan da sülh istəyirlərsə, doğrudan daAvropaya yaxınlaşmaq, qonşuların rəğbətini qazanmaq niyyətlərivarsa - ilk addım bəllidir: xainlərə ucaldılmış abidələrinsökülməsi, tarixi səhvlərin etirafı, nasizmin və onun əlaltılarınınaçıq şəkildə pislənməsi.
Bir yerdə qəhrəmanların xatirəsi yad olunur, digər yerdə Hitlerəxidmət etmiş şəxslərə dua oxunur. Bir yerdə şəhid məzarlarına gülqoyulur, digər yerdə cəlladlara abidə hörülür. Məhz bu ziddiyyət -ortaq yaddaşı mümkünsüz edir. Yaddasız isə gələcək qurmaq mümkündeyil.
Tarix - sadəcə keçmişin xronikası deyil. O, eyni zamanda,kimliyimizin, mənəviyyatımızın və gələcək strategiyalarımızınbünövrəsidir. Xüsusilə də müharibələrin, soyqırımların,qəhrəmanlıqların və xəyanətlərin yaddaşı - hər bir xalq üçün həmmənəvi kompasdır, həm də siyasi barometr. Bugünkü Azərbaycan tarixiyaddaşla barış içindədir. O, qəhrəmanlarını ucaldır, xatirənitəhqir etmir, gerçəyə hörmət edir. Azərbaycan Qələbəni bir təntənəyox, bir borc, bir əmanət kimi qoruyur.
Ermənistansa fərqli bir yol seçdi. O yol - gerçəklə barışmaqyox, keçmişi manipulyasiya etmək, tarixə qarşı revanşist münasibətbəsləmək yoludur. Kollaborasionistlərə heykəl qoymaq, gənclərəfaşizmə xidmət etmiş şəxsləri “milli ideoloq” kimi təqdim etmək,tarix elmini ideoloji silaha çevirmək - bu, təkcə Ermənistanındaxili işi deyil. Bu, Cənubi Qafqazın sabitliyi və təhlükəsizliyiüçün ciddi təhdiddir.
Nasizmin ideoloji təmizlənməyə məruz qalması beynəlxalqkonsensusdur. Bu konsensus əsasında Avropa inşa olunub. Bu etikaüzərində müasir dünya qurulub. Və həmin etikanın qarşısında durmaq,faşizmi bir xalqın yaddaşına qəhrəmanlıq kimi sırımaq - bəşəridəyərlərə açıq hücumdur. Azərbaycanın bu kontekstdə mövqeyiaydındır: heç bir xalq, heç bir siyasi maraq, heç bir mif -insanlıq əleyhinə cinayətləri haqq qazandıra bilməz.
Azərbaycan öz tarixini susmur, onu saxtalaşdırmır, ideolojipərdələrlə örtmür. O, həm öz şəhidlərinə, həm də tarix qarşısındavicdanlı olmağa çalışır. Bu mövqe - təkcə keçmişin deyil, gələcəyində seçimi deməkdir. Çünki tarixlə barışmayanlar gələcəyi barışmazedir. Tarixi yalan üzərində qurulan cəmiyyətlər - ya daxilən çökür,ya da qonşularla müharibəyə sürüklənir.
Ermənistan əgər doğrudan da müstəqil, sülhpərvər, demokratikdövlət qurmaq istəyirsə - bu, ancaq yaddaşla haqq-hesab çəkməkdən,xəyanəti pisləməkdən və qəhrəmanla cəlladı bir-birindən ayırmaqdanbaşlayır. Əgər bu addım atılmasa - regionda sülh kağız üzərindəqalacaq, sabahkı münaqişələrin toxumu bu gün səpiləcək.
Bugünkü tarixi çağırış budur: kim yaddaşda qəhrəmanlarısaxlayır, sabahda dəyərləri qoruyur. Kim yaddaşda xainlərimüqəddəsləşdirir - sabahda nifrəti toxuyur.
Və seçim hər xalqın, hər dövlətin öz vicdanına buraxılıb.