AZ

“BakıKart”da yaranan problem aradan qaldırılıb – RƏSMİ

Xəbər verildiyi kimi bu gün Bakı şəhərində ictimai nəqliyyatda onlayn ödəniş sistemi olan “BakıKart”da ciddi problem yaranıb. Onlayn ödəniş zamanı yaranan problem sənişinlərin narahatlığına səbəb olub. 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən  (AYNA) Bizim.Media-ya bildirilib ki, səbəb QR generasiyasında texniki problemin yaranmasıdır:
 

MÖVZU İLƏ BAĞLI:

“BakıKart”da yenə problem YARANDI – VİDEO


“Mayın 9-da saat 07:42-08:26 aralığında Nağdsız Ödəniş Sistemində gediş haqqının QR ödənilməsində çətinlik yaşanıb.

Hazırda problem aradan qaldırılıb və sərnişinlər ictimai nəqliyyatda ödənişləri QR yaratmaqla həyata keçirə bilirlər”- deyə bildirilib. 

Bizim.Media

Seçilən
0
14
bizim.media

10Mənbələr