TBİLİSİ, 9 may. TELEQRAF
“Estoniyanın Gürcüstana sanksiyalar tətbiq etməsi son dərəcə qeyri-dost addımdır”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O, Gürcüstan hökumətinin Estoniya ilə birtərəfli dostluq rejimində qaldığını bildirib.
“Estoniyanın sanksiyaları gürcü xalqına və ölkəmizə qarşı qeyri-dost addımdır. Biz birtərəfli dostluq rejimində qalmaqda davam edirik. Bu, bizim siyasi qərarımızdır”, - İ.Kobaxidze söyləyib.
Qeyd edək ki, Estoniya Gürcüstanın diplomatik və xidməti pasportlarına malik şəxsləri üçün vizasız rejimi ləğv edib. Bundan öncə 83 nəfər Gürcüstan vətəndaşının Estoniyaya girişinə qadağa qoyulub.