AZ

Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU

Putin Qələbə Gününün ildönümü ilə əlaqədar Moskvaya gələn xarici liderlər üçün verdiyi qala-ziyafət iştirak edib.

Ölkə.az xəbər verir ki, şam yeməyində iştirak edən nümayəndə heyətlərinin rəhbərləri qonaqları ənənəvi rus və xarici mətbəxin təamlarından dadıblar. Qonaqlara xərçəng və çiyələkli salat, dana əti ilə borş və ya kareliya balığı şorbası, nərə balığından hazırlanan xəngəl və şuka balığının kürüsü təqdim edilib. 

Menyuya həmçinin mini tərəvəzli halibut (paltus) filesi, yabanı göbələkli maral əti və ya qulançar ilə karamelize edilmiş ördək, desertlərə isə vanilli dondurma və buludlu şərbət ilə alma pastası daxildir. Spirtli içki kimi Krım və Kuban şərabları təqdim olunub.

Mayın 8-də axşam təşkil edilən qala şam yeməyində Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə mayın 9-da Qırmızı Meydanda keçiriləcək paradda iştirak edəcək üçə yaxın ölkənin rəhbərləri və digər mötəbər qonaqlar iştirak ediblər. 

Xatırladaq ki, 27 dövlətin başçısı Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş şənliklərdə iştirak etmək üçün Moskvadadır. 

Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də tədbirə dəvət edilsə də, iştirakdan imtina edib.

Mürtəza
Ölkə.az

Seçilən
0
1
olke.az

2Mənbələr