AZ

Yeni nəsil Ulu öndərin amalına sadiqdir

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş rəsmi və bədii hissədən ibarət mərasim keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Naziri Elxan Nəcəfov, Daxili İşlər Nazirliyinin nəzdində Polis Məktəbinin direktoru, polkovnik Kamil Məmmədəliyev və Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov Ümummilli liderin dövlətçilik fəaliyyətindən və onun Azərbaycanın inkişafında misilsiz xidmətlərindən söz açıblar.

Bədii hissədə Naxçıvan Dövlət Universitetinin müəllimi, Prezident mükafatçısı Sevinc Babayevanın rəhbərliyi ilə “Sevincin inciləri” musiqi ansamblı milli və xarici rəqslərdən ibarət maraqlı kompozisiyalar təqdim edib. “Zəka qılıncı” adlı tarixi zəka oyunlarında fərqlənən kursantlar diplom və hədiyyələrlə təltif olunublar.

***

Naxçıvan Musiqi Kollecində isə Muxtar Respublika Prokurorluğunun təşkilatçılığı ilə “Heydər Əliyev və ekoloji siyasət” mövzusunda toplantı keçirilib.

Musiqi Kollecinin direktor müavini Fətəli Axundzadə ulu öndər Heydər Əliyevin yeni nəsillərə ən yüksək örnək olan ömür yolundan, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində tarixi xidmətlərindən danışıb.

Muxtar Respublika Prokurorluğunun hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov və Muxtar Respublika Prokurorluğunun cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi, baş ədliyyə müşaviri İsfəndiyar Qasımov mövzu ilə bağlı məruzə ediblər.

Anım mərasimində Heydər Əliyevin ekoloji siyasətini əks etdirən videoçarx nümayiş olunub.

Səbuhi HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Seçilən
0
xalqqazeti.az

1Mənbələr