DİN-in əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər — FOTO
DİN-in İdman Cəmiyyətinin və Əlahiddə Çevik Polis Alayının bir qrup əməkdaşı ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Qusar rayonunun Qızılqaya dağ massivinin 3751 metr hündürlüyündə yerləşən “Heydər zirvəsi”nə yürüş ediblər.
Çətin hava şəraitinə baxmayaraq onlar mürəkkəb relyefə malik dağlıq ərazini böyük əzmkarlıqla qət ediblər.