AZ

Daşkənddən Lahora uçuşlar ləğv edilib

Pakistan və Hindistan arasında sərhəd bölgələrində qeyri-sabit vəziyyətlə əlaqədar mayın 8-9-da Daşkənd-Lahor-Daşkənd marşrutu üzrə reyslər ləğv edilib.

Operativ Media xəbər verir ki, bu barədə Özbəkistan Hava Yollarının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, ləğv edilmiş reyslərdə sərnişinlər cərimə tətbiq edilmədən pulun qaytarılması və ya başqa tarixlərə yenidən bron edilməsi üçün müraciət edə bilərlər.

Aviaşirkət həmçinin Yaxın Şərq və Asiya-Sakit Okean regionuna istiqamətlər üzrə uçuş cədvəlində dəyişiklikləri açıqlayıb .

Qeyd olunur ki, uçuşların maksimum təhlükəsizliyini təmin etmək məqsədilə, eləcə də Pakistan və Hindistan sərhədlərinə yaxın hava məkanında müvəqqəti məhdudiyyətlər səbəbindən Dehli, Mumbay, Banqkok, Kuala-Lumpur, Phuket kimi şəhərlərə uçuşların marşrutları dəyişdiriləcək.

Seçilən
0
operativmedia.az

1Mənbələr