BAKI, 9 may. TELEQRAF
"Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi " Publik Hüquqi Şəxsi (PHŞ) Naxçıvanda Ailə Sağlamlıq Mərkəzi kompleksi inşa etdirir.
Teleqraf xəbər verir ki, qurum bunun üçün 12.829.949,34 AZN vəsait xərcləməyi nəzərdə tutur və müvafiq işləri həyata keçirəcək podratçı axtarışındadır.
Qeyd edək ki, sözügedən işlər üzrə tender elan olunub və təkliflərin son təqdim olunma tarixi mayın 21-dir.