Türkiyədə Kamer Karanfilyanla qardaşı Murat Karanfilyan arasında mübahisə düşüb.
News24.az xəbər verir ki, mübahisə böyüyərkən Kamer Karanfilyan qardaşı Murat Karanfilyana atəş açaraq öldürüb.
Kamer Karanfilyan daha sonra eyni silahla özünə atəş açıb. Silah səsləri məhəllədə qorxu yaradıb. Xəbərdarlıq üzərinə polis və təcili tibbi yardım qrupları ünvana gəlib.
Evə daxil olan qruplar iki qardaşın cansız cəsədlərini tapıblar.
Günel Məlikzadə

