AZ

“Santos” Neymar üçün yeni müqavilə hazırlayır

“Santos”un hücumçusu Neymar klubu ilə müqaviləsinin müddətini uzada bilər.

Msport.az xəbər verir ki, Braziliya təmsilçisi 33 yaşlı futbolçu üçün yeni sözləşmə hazırlayır.

Hazırda zədədən əziyyət çəkən forvardın mayın sonu və ya iyunun əvvəllərində yaşıl meydanlara qayıdacağı gözlənilir.

Futbolçunun işə yanaşmasından razı qalan klub rəhbərliyi onunla əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

Qeyd edək ki, Neymar “Santos”a bu ilin yanvarında “Əl-Hilal”dan keçib. Onun komandası ilə yayadək müqaviləsi var.

Seçilən
0
msport.az

1Mənbələr