AZ

Rusiyanın İrəvanla Bakı arasında vasitəçiliyinə ehtiyac yoxdur - Qriqoryan

Ermənistan və Azərbaycan arasında ikitərəfli formatda danışıqlar aparılır.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün, mayın 9-da Yerablur hərbi panteonunda jurnalistlərlə söhbətində bildirib.

O deyib ki, ikitərəfli Ermənistan-Azərbaycan danışıqlarında effektivlik var, onlar bu formatda işləməyə davam edəcəklər və Rusiyanın vasitəçiliyinə ehtiyac yoxdur.

Armen Qriqoryan Ermənistan və Azərbaycanın atəşkəs rejiminin pozulması ilə bağlı məlumat mübadiləsi apardığl barədə mətbuatda yayılan məlumatları təsdiq edib.

"Ermənistan diplomatik kanallar vasitəsilə Bakıdan Azərbaycanın iddia etdiyi atəşkəs pozuntuları ilə bağlı məlumat istəyib. Qarşı tərəfin təqdim etdiyi məlumatları İrəvan araşdırıb və bütün insidentlər barədə məliumatı Azərbaycana təhvil verib. Ermənistan da özünün iddia etdiyi pozuntularla bağlı məlumatları Azərbaycana təqdim edib və bu barədə ətraflı məlumat gözləyir”.

Seçilən
0
modern.az

1Mənbələr