AZ

Super Liqa: “Transfer pəncərəsi”nin vaxtı açıqlandı

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/26 mövsümündə “transfer pəncərəsi”nin açılış və bağlanış vaxtı açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

Qardaş ölkədə yay transfer dönəmi 2025-ci il iyunun 30-da başlayacaq və sentyabrın 12-də yekunlaşacaq.

Qış “transfer pəncərəsi” isə 2026-cı il yanvarın 5-də açılacaq və fevralın 10-na qədər davam edəcək.

Qeyd edək ki, Türkiyə Super Liqasının cari mövsümündə “Qalatasaray” 83 xalla liderdir. 75 xalı olan “Fənərbağça” ikinci, 57 xala malik “Samunspor” isə üçüncü pillədə qərarlaşıb.

Seçilən
0
arena.az

1Mənbələr