“Real” rəhbərliyi Xabi Alonso ilə razılığa gəlib.
İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi bir müddətir ispaniyalı çalışdırıcı ilə danışıq aparırdı. Artıq tərəflər arasında razılıq əldə edilib.
Nüfuzlu “Marca” nəşri “Real”ın Alonso ilə 3 illik müqavilə bağladığını bildirib. İspan mütəxəssis bu yay “kral klubu”nun baş məşqçisi olacaq.