''Bayer-04'' və Almaniya yığmasının ulduzu ''Bavariya'', ''Real'' və ''Mançester Siti''nin hədəfində di. 2019-cu ildən Leverkuzen klubunda oynayan və komfort zonasından çıxmağın zamanı gəldiyini özü də anlayan 22 yaşlı futbolçu bu mövsüm 43 rəsmi oyunda 16 qol, 13 məhsuldar ötürməlik performans sərgiləyib. Virts bunları deyib:
''Bu cür güclü klubun mənim yanımda olması və burda oynaya bilməyim çox böyük bir fürsətdi. Cənubi Amerika və ya Afrikadan gələn futbolçuların karyeraları naminə kiçik yaşlardan ailələri, dostlarından ayrı düşdüklərinin dəfələrlə şahidi olmuşam. Onlara böyük hörmətim var. Bir gün mən də onlar kimi yeni təcrübə yaşamaq və komfort zonasından çıxmaq istəyirəm. Paltardəyişmə otağının ab-havasını, mədəniyyətini gözəl bilirəm. Ona görə də dünyanın hansı nöqtəsinə getsəm də, qısa müddətdə ora uyğunlaşacağımı düşünürəm''.