Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub.
QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, "İnter"in qapıçısı Yan Sommer bu ada layiq görülüb.
O, PSJ-nin müdafiəçisi Aşraf Hakimini qabaqlayıb. İsveçrəli qapıçı Çempionlar Liqasının yarımfinal mərhələsinin "Barselona"ya qarşı keçirilmiş cavab görüşündə (4:3) 7 qurtarış edib.
Qeyd edək ki, ÇL-in finalında "İnter" və PSJ komandaları qarşılaşacaq. Matç mayın 31-də Münhendəki keçiriləcək.