Futbol veteranları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş beynəlxalq turnirdə iştirak etmək üçün Daşkəndə yola düşüblər.
Sportinfo.az xəbər verir ki, turnir öncəsi Oqtay Abdullayev, Rüstəm Rəhimov, Arif Əsədov, Hüseyn Məhəmmədov, Alim Qurbanov, Mahmud Qurbanov, Xəyal Mustafayev, Ədaim Niftəliyev, Tərlan Əhmədov və Emin Quliyevdən ibarət heyət Özbəkistan paytaxtında Ulu Öndərin heykəli özünə gül dəstələri qoyublar.

