“Ermənistan sərhəddə atəşkəsin pozulması halları ilə bağlı araşdırma aparıb”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlayıb.
O, araşdırmanın nəticələrinin Azərbaycana göndərildiyini söyləyib:
“Biz vəziyyəti təhlil etdik. Daha sonra araşdırmanın nəticələri diplomatik kanallar vasitəsilə Azərbaycana göndərildi”.
Qeyd edək ki, bir müddətdir Ermənistan silahlı qüvvələrinin sərhəddə Azərbaycan Ordusunun mövqelərini atəşə tutduğuna dair məlumatlar yayılır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi təxribatla bağlı faktları təqdim etsə də, Ermənistan tərəfi məsuliyyətdən yayınır və reallığı təkzib edir./Globalinfo.az