AZ

Suriya HDQ qeyri-qanuni miqrantları daşıyan qayıqlara qarşı genişmiqyaslı əməliyyat keçirib

Suriya Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri (HDQ) qanunsuz insan daşıması üçün istifadə edilən gəmilərə qarşı genişmiqyaslı əməliyyat keçirib.

Bu barədə “Report” Suriyanın SANA agentliyinə istinadən xəbər verir.

“Bir neçə saat davam edən qarşıdurma nəticəsində bir neçə qaçaqmalçı saxlanılıb, onlarla birlikdə olan silah-sursat və avadanlıqlar müsadirə edilib”, - nazirliyin açıqlamasında bildirilir.

Qurumdan əlavə edilib ki, saxlanılan şəxslər cinayət məsuliyyətinə cəlb olunmaları üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil verilib. Qeyd edilir ki, əməliyyat Müdafiə Nazirliyinin qaçaqmalçılıqla mübarizə üzrə davam etdirdiyi tədbirlər çərçivəsində həyata keçirilib.

Seçilən
0
1
report.az

2Mənbələr