AZ

"Bakı Dəmir Beton-8"fəaliyyətini dayandıracaq

25 iyun 2025-ci il tarixdə,  "Bakı Dəmir Beton-8" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.  

Marja xəbər verir ki, səhmdarların ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. "Bakı Dəmir Beton-8" ASC-nin illik hesabatının, maliyyə  hesabatının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi.

2. "Bakı Dəmir Beton-8" ASC-nin fəaliyyətinin müvəqqəti dayandırılması. Cəmiyyətin fəaliyyətinin müvəqqəti dayandırılması barədə arayışın Dövlət Vergi Xidmətinə təqdim edilməsi.

3. "Bakı Dəmir Beton-8" ASC-nin fəaliyyətinin müvəqqəti dayandırılması ilə əlaqədar olaraq cəmiyyətin bütün işçiləri ilə olan əmək müqavilələrinə xitam verilməsi, cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) təftiş komissiyasının (müfəttişinin) icra orqanının (direktorunun) səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi.

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla cəmiyyətin yerləşdiyi inzibati binasında tanış ola bilərlər.

Yığıncaq  Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, 11/33 ünvanında keçiriləcəkdir.

Bakı Dəmir Beton-8
Seçilən
0
marja.az

1Mənbələr