Tanınmış müğənni Manaf Ağayev şadyanalıq edərək, özünə ad günü keçirib. Moderator.az-a verdiyi açıqlamada Manaf Ağayev yubiley doğum gününü dünən şəhər restoranlarından birində qeyd etdiyini açıqlayıb:

“Dünən 60 illik yubileyimi yaxın dost-tanışlarımın ətrafında qeyd edəcəm. Şou-biznesdən bir o qədər də çox adam dəvət etməmişdim. Daha çox ailə dostlarımız, yaxınlarımız iştirak etdi. Doğum günlərimi heç vaxt qeyd etməmişəm. Bu yubiley doğum günü olduğu üçün qeyd etməyə qərara gəldim. 60 yaşım olmasaydı qeyd etməzdim. Bəzən deyirlər ki, yaşın bir ağırlığı var. 60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur. Hər şey əladır, superdir” deyə sənətçi bildirib.