Ermənistan və Azərbaycan arasında ikitərəfli formatda danışıqlar aparılır.
“Cebheinfo.az” əbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün, mayın 9-da Yerablur hərbi panteonunda jurnalistlərlə söhbətində bildirib.
O bildirib ki, ikitərəfli Ermənistan-Azərbaycan danışıqlarında effektivlik var:
“Biz formatda işləməyə davam edəcəyik və Rusiyanın vasitəçiliyinə ehtiyac yoxdur”.
Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi danışıqların ikitərəfli olmadığı və Türkiyənin də Azərbaycanın maraqlarından çıxış edərək danışıqlarda iştirak etmə və Rusiyanın kimin tərəfində olacağı ilə bağlı suala belə cavab verib:
“Bu suala cavabımız olanda onu müzakirə edəcəyik”.