AZ

BÖYÜK QƏLƏBƏDƏ AZƏRBAYCANIN MİSİLSİZ ROLU » AzadMedia.az

BÖYÜK

9 may- Faşizm üzərində qələbə günüdür. Həmin qələbədən 80 il ötür. 1939-cu il sentyabrın 1-də başlanan İkinci dünya müharibəsi Sovet İttifaqı üçün ciddi təhlükə mənbəyinə çevrilmişdi. İlk gündən alman qoşunlarının SSRİ sərhədlərinə yaxınlaşması ölkənin qərb istiqamətində mövqeyini möhkəmlətməyi tələb edirdi. Ona görə ki, Hitler Almaniyasının işğal planında Azərbaycan, xüsusilə Bakı, neftinə görə önəmli yer tuturdu. İkinci Dünya müharibəsi illərində Azərbaycanda neft məhsullarının etibarlı istehsalını təmin etmək üçün 50 min kVt-a yaxın yeni elektrik enerjisi gücü istifadəyə verilib. Bakı neftini ələ keçirməklə Şərqdə istila planını reallaşdırmağı hədəfləyən faşist Almaniyası, növbəti mərhələdə Sovet İttifaqı ölkələri üzərində qələbə qazanaraq İran körfəzi və Hind okeanına qədər əraziləri zəbt etməyi düşünürdü. Beləliklə, Almaniyadan asılı olan “Böyük Türküstan” dövləti yaradılacaqdı ki, onun da tərkibində Şimali və Cənubi Azərbaycanla yanaşı, Orta Asiya, Qazaxıstan, Başqırdıstan, Tatarıstan, Krım, Şimali Qafqaz, Qərbi Çin və Əfqanıstan olmalı idi. Ancaq nəticə gözlənilən kimi olmadı. Doğrudur, müharibənin gedişində qüvvələrin qeyri-bərabərliyi faşist Almaniyasına üstünlük qazandırsa da, sonrasında Sovet İttifaqı ölkələrinin birləşməsi vəziyyəti tamamilə dəyişdi. Qələbənin əldə olunmasında Azərbaycanın müstəsna rolu var. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77, 223, 336, 402 və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Həmin dövrdə Bakı əsl qəhrəmanlıq nümunəsi nümayiş etdirdi.
Faşizm üzərində qazanılan Böyük Qələbəyə neft Bakısı misilsiz töhfələr verib. Ümumilikdə, 1941-1945-ci illərdə SSRİ-nin neft sənayesi 110 milyon ton neft hasil etmişdi ki, onun 75 milyon tonu Azərbaycanın payına düşür.

Azərbaycanın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüb. Onlar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında, Berlin uğrunda döyüşlərdə yaxından iştirak edib. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 123 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfərin isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülməsi dediklərimizin bariz nümunəsidir.

Seçilən
0
1
azadmedia.az

2Mənbələr