ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin daha əvvəl Kremlə təklif etdiyi 30 günlük atəşkəs planını dəstəkləyib.
Herbiand.az xəbər verir ki, bununla bağlı ABŞ prezidenti öz Truth Social platformasında yazıb:
“Atəşkəs əldə olunmasa, ABŞ və tərəfdaşları əlavə sanksiyalar tətbiq edəcəklər”.
Tramp Rusiya və Ukrayna arasında sülhün bərqərar olması üçün avropalıların yanında olacağını bildirib:
Rusiya və Ukrayna arasında sülhün bərqərar olması üçün avropalıların yanında olacağam və bu, davamlı sülh olacaq! Bu atəşkəs son nəticədə sülh razılaşmasına gətirib çıxarmalıdır".
Mayın 7-də axşam, Kremlin elan etdiyi üç günlük atəşkəsin qüvvəyə minməsindən bir neçə saat əvvəl Ukrayna prezidenti Vladimir Zelenski bütün hərbi əməliyyatları ən azı 30 gün dayandırmağı təklif edib. Rusiya bu təklifə cavab verməyib. Putinin Qələbə Günü şərəfinə elan etdiyi atəşkəs mayın 11-i saat 00:00-da başa çatır.