“Atletiko”nun hücumçusu Yulian Alvares karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Liverpul” argentinalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə “Fichajes” nəşri məlumat yayıb. Mersisayd klubu Alvaresi yay transfer dönəminin əsas hədəfi kimi müəyyənləşdirib.
“Liverpul” Alvares üçün “Atletiko”ya bir miqdar pul və hücumçusu Darvin Nunyesi təklif etməyi nəzərdən keçirir.
Argentina yığmasının da üzvü olan forvard bu mövsüm 51 oyunda 27 qol vurub, 5 məhsuldar ötürmə edib. 25 yaşlı hücumçunun “transfermarkt”da dəyəri 90 milyon avrodur.