AZ

Hindistan hücumları dəf etmək üçün S-400-dən istifadə edib

BAKI, 9 may. TELEQRAF

Hindistan Silahlı Qüvvələri İslamabadda hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün İsrailin “Harop” kəşfiyyat və pilotsuz hücum təyyarəsindən istifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə Hindistan KİV məlumat yayıb.

Həmçinin Hindistan mənbələri bildirir ki, Pakistanın hücumlarının qarşısının alınması üçün S-400 sistemlərindən (Rusiya istehsalı) istifadə olunub.

Məlumata görə, ötən gecə Hindistanın Pakistanla sərhədində yerləşən müxtəlif bölgələrində partlayış səsləri və həyəcan siqnalı eşidlib.

Bir neçə şəhərdə təhlükəsizlik səbəbilə elektrik enerjisi kəsilib. Cammu və Kəşmirdə hərbi bazalara hücumlar olub.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr