AZ

Azərbaycan şahmatçısı liderlər qrupunda qərarlaşıb

Özbəkistanın Karşi şəhərində şahmat üzrə beynəlxalq turnir davam edir.

İdman.biz xəbər verir ki, yarışda azərbaycanlı qrossmeyster Vüqar Rəsulov da çıxış edir.

O, altı turdan sonra 4,5 xal toplayaraq lider qrupda qərarlaşıb. Digər dörd oyunçuda da eyni göstərici var və əlavə əmsallara görə şahmatçımız beşinci yerdədir.

Turnirdə yeddi ölkədən 37 iştirakçı qələbə uğrunda mübarizə aparır.

İdman.biz

Seçilən
0
idman.biz

1Mənbələr