
Amerikalı kardinal Robert Frensis Prevo yeni Roma Papası seçilib. O, XIV Lev adını qəbul edərək katolik dünyasının 267-ci rəhbəri olub.XIV Lev haqqında Yeni Papa, amerikalı-perulu mənşəli kardinal 1955-ci ildə Çikaqoda doğulub. Müqəddəs Avqustin Ordeninin seminarisində təhsil alıb, 1977-ci ildə Vilanova Universitetində riyaziyyat üzrə bakalavr dərəcəsi alıb. Həmin il Avqustin ordeninə qoşularaq ilk andını verib. 1982-ci ildə Romada rahib kimi təyin olunub.Prevo 10 ildən çox müddət Peruda fəaliyyət göstərib – burada həm keşiş, həm də müəllim və yeparxiya işçisi kimi çalışıb. Daha sonra Romada Avqustin ordeninə rəhbərlik edib. 2015-ci ildən isə Latın Amerikasına qayıdaraq Çiklayo yepiskopu, daha sonra isə Kallao yeparxiyasının müvəqqəti rəhbəri olub. 2023-cü ildə Papa Fransisk onu yepiskoplar üzrə Dikasteriyanın (kilsənin kadr məsələlərinə cavabdeh əsas qurumu) rəhbəri təyin edib və kardinal şərəfinə layiq görüb.Konklav zamanı o, həm missioner təcrübəsi, həm də idarəçilik bacarığı ilə kompromis fiqur hesab olunurdu. Prevo, eyni zamanda, Amerika episkopatının mülayim qanadını təmsil edir və Papa Fransiskin sosial və reformist mövqelərinə daha yaxındır.İlk çıxışı və dünya liderlərinin reaksiyasıABŞ-ın prezidenti Donald Tramp, Truth Social sosial şəbəkəsində belə yazıb:"Yeni seçilmiş Papa, kardinal Robert Frensis Prevonu təbrik edirəm. Onun ilk amerikalı Papa olması böyük şərəfdir."Tramp, həmçinin yaxın zamanda Pontifiklə görüşmək ümidini də ifadə edib.Rəqibləri kimlər idi?France24 məlumatına görə, Prevodan başqa üç əsas namizəd də vardı:Jan-Mark Avelin (Fransa, Marsel arxiyepiskopu) – 66 yaşında, fiziki oxşarlığına görə "II Yəhya Pavelin" davamçısı və mümkün "XXIV Yəhya" kimi tanınırdı.Péter Erdő (Macarıstan) – 72 yaşında, Avropa ölkələrinin miqrasiya siyasətinə qarşı sərt mövqeyi ilə tanınır.Mario Grech (Malta) – 68 yaşında, Papa Fransiskin liberal islahatlarını davam etdirəcək "mülayim" namizəd kimi tanınırdı.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi
Sabirabadda məktəblilərlə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirildi
Vətən Uğrunda Şəhid Olmuş Qəhrəman: İlqar Mirzəyev