Türkiyədə yeni mövsümün “transfer pəncərəsi”nin vaxtı bilinib.
Türkiyədə 2025/2026 mövsümündə “transfer pəncərəsi”nin açılış və bağlanış vaxtı açıqlanıb.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qardaş ölkədə yay transfer dönəmi 2025-ci il iyunun 30-da başlayacaq və sentyabrın 12-də yekunlaşacaq.
Qış “transfer pəncərəsi” isə 2026-cı il yanvarın 5-də açılacaq və fevralın 10-na qədər davam edəcək.