AZ

Aşiq olmağın ürəklə heç bir əlaqəsi yox imiş, sən demə...

Aşiq olmağın ürəklə heç bir əlaqəsinin olmadığı üzə çıxıb.

Ölkə.Az NTV-yə istinadla xəbər verir ki, bu barədə türkiyəli professor Dr.Derya Özsavcı deyib. Özsavcı sevginin beyin və bədən tərəfindən istehsal olunan hormonların və kimyəvi maddələrin mürəkkəb rəqsi ilə meydana gələn bir proses olduğunu bildirib.

İnsanların əsrlər boyu sevgini ürəklə əlaqələndirdiyini deyən professorun sözlərinə görə, bunun həqiqət olmadığı elmi araşdırmalarla sübuta yetirilib.

"Sevgi bütünlüklə beyində başlayır və bitir. Eşq prosesi neyrokimyəvi maddələrin, beynin istehsal etdiyi nörotransmitterlərin, hormonların və orqanizmin endokrinoloji sisteminin istehsal etdiyi kimyəvi maddələrin bir-biri ilə kompleks bir rəqsdə istehsal etdiyi bir prosesdir. Hormonlar bədənimizin orkestrinin dirijorlarıdır ki, bu da sevgi adlanan biokimya oyununda təsirli olur".

Özsavcının sözlərinə görə, beyin uşaqlıqdan sevgiyə hazırlanır:

"Beyin sevgi hormonları istehsal etməmişdən əvvəl təbiət bizi sevgiyə hazırlayır. Ana-ata-dost-hadisələr-mühit və öz izlərini qoymuş bir çox insanların təsiri ilə beynimizdə mükəmməl qadın və kişi obrazı formalaşır. Hazırlıqdan sonra vaxt gəlib, şüuraltı dünyamıza birdən-birə ən yaxın olan tiplə qarşılaşdığımızda dünya birdən dayanır və biz aşiq oluruq”.

Billurə Yunus
 

Seçilən
0
1
olke.az

2Mənbələr