PSJ-nin qapıçısı Canluici Donnarumma klubdakı gələcəyi ilə bağlı sualı cavablandırıb.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
26 yaşlı qolkiper Paris təmsilçisində qalmaq istədiyini deyib: "Klubla müqaviləmin sonuna daha 1 il vaxt var. Hər şey təkcə məndən deyil, həm də PSJ-dən asılıdır. Əgər onlar qalmağımı istəsələr, burada oynamağa davam edəcəyəm. Sadəcə, müqaviləni uzatmaq lazımdır, amma qərar PSJ-dən asılıdır".
Xatırladaq ki, Canluici Donnarumma 2021-ci ilin yayında “Milan”dan ayrılaraq azad agent kimi PSJ-yə keçmişdi.