AZ

Astana turnirində Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Mayın 9-da cüdo üzrə "Böyük Dəbilqə turnirində Azərbaycanın qadın idmançıları mübarizəyə başlayır.

Mayın 9-da Qazaxıstanın paytaxtı Astanada keçirilən Böyük Dəbilqə turnirinin ilk günündə 3 cüdoçumuz tatamiyə çıxacaq.

Operativ Media xəbər verir ki, idmançılarımız mübarizəyə 1/16 final mərhələsindən qoşulacaq. Könül Əliyeva (-48 kq) Kyonxa Li (Cənubi Koreya), Gültac Məmmədəliyeva (-52 kq) Lea Beres (Fransa), Fidan Əlizadə (-57 kq) isə Medine Orazniyazova (Türkmənistan) ilə qarşılaşacaq.

Yarış bu gün Bakı vaxtı ilə saat 09:00-da başlayıb. Turnirin təsnifat mərhələsinin görüşlərini canlı olaraq judotv.com saytından, final blokunu isə 16:00-dan etibarən İdman TV telekanalından izləyə bilərsiniz.

Seçilən
0
operativmedia.az

1Mənbələr