AZ

Azərbaycan Çindən kürü idxalını artırıb

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycana Çindən 1,14 tonnərə balığının kürüsü idxal edilib.

Trend-inDövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu miqdardaməhsulun idxalına çəkilən xərc 343,32 min ABŞ dolları olub.

Çindən nərə balığının kürüsünün idxalı ötən ilin eyni dövrü iləmüqayisədə miqdar ifadəsi ilə 240 kiloqram, yaxud da 26,7%, dəyərifadəsi ilə 73,92 min ABŞ dolları və ya 27,4% artıb.

Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycana Çindən 0,9 tonmiqdarında, 269,4 min ABŞ dolları dəyərində nərə balığının kürüsüidxal edilib.

Hesabat dövründə Çindən alınmış nərə balığının kürüsünün birkiloqramının orta idxal qiyməti 301,1 ABŞ dolları olub ki, bu da,illik müqayisədə 1,8 ABŞ dolları və ya 0,6% çoxdur. 2024-cü ilineyni dövründə bu qiymət 299,3 ABŞ dolları idi.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr