AZ

Çempion “Traktor” doğma meydanda heç-heçəyə razılaşdı

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 29-cu tur çərçivəsində “Nassaji Mazandaran”la qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu oyunda 3 qol vursalar da, yekunda 1 xalla kifayətləniblər. Meydan sahiblərinin heyətində 67-ci dəqiqədə Domaqoy Drozdek, 71-ci dəqiqədə Əmirhüseyn Hüseynzadə, 79-cu dəqiqədə isə Danial Esmaeilifar fərqləniblər.

Ötən tur tarixində ilk çempionluğunu rəsmiləşdirmiş “Traktor” hazırda 29 oyuna topladığı 65 xalla 16 iştirakçı arasında birinci pillədə qərarlaşıb. Komanda mövsümün sonuna bir tur qalmış ən yaxın izləyicisi “Sepahan”ı 8 xal qabaqlayır.

Qeyd edək ki, Cənubi Azərbaycan təmsilçisi 29 oyunda 20 qələbə qazanıb, 5 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Təbriz klubu çempionatdakı sonuncu matçını mayın 15-də səfərdə “İstiqlal” (Xuzistan) komandasına qarşı keçirəcək.

Seçilən
0
arena.az

1Mənbələr