Gəncədə veteranlar arasında futbol turniri keçiriləcək. Yarışda Rusiya, Azərbaycan, Belarus və Gürcüstan komandaları iştirak edəcək. Turnirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.
Respublika Futbol Veteranları Birliyinin rəhbəri Oktay Abdullayev bildirib ki, MDB ölkələrinin III Oyunları öncəsi Gəncədə veteranlar arasında futbol turniri keçiriləcək.
O qeyd edib ki, Rusiya, Azərbaycan, Gürcüstan və Belarus komandaları iştirak edəcəklərini təsdiqləyiblər. Bundan əlavə, Özbəkistan millisi də turnirdə çıxış edə bilər.
Abdullayev futbol veteranlarının turnirinin mütəmadi olaraq keçiriləcəyinə, həmçinin daha çox iştirakçının cəlb olunacağına ümid etdiyini bildirib.
Birlik rəhbəri əlavə edib ki, hazırda yaxşı idman formasında olan veteranlar Azərbaycan millisində çıxış edəcəklər.