Yeni - 267-ci Roma Katolik Kilsəsinin rəhbəri ABŞ-dan olan kardinal Robert Fransis Prevost seçilib.
katoliklərin yeni ruhani lideri Müqəddəs Pyotr Kilsəsinin eyvanından dünyaya tanıdılıb. Onun adı XIV Leo olacaq.
Uzun illər Peruda işləyən 69 yaşlı Prevost yoxsullara münasibəti və immiqrasiya siyasətləri baxımından Papa Fransisklə oxşar fikirlərə sahibdir.
Robert Fransis Prevost ABŞ-dan seçilən ilk Papadır.
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo (Robert Fransis Prevost) Müqəddəs Pyotr meydanına toplaşan izdiham qarşısında çıxış edib.
Papa XIV Leo Müqəddəs Pyotr Kilsəsinin eyvanından Müqəddəs Pyotr meydanına toplaşan təxminən 150 min nəfəri salamlayıb. O, çıxışında dünyada sülh üçün çağırış edib.
ABŞ Prezidenti Donald Tramp “Truth” sosial media hesabındakı paylaşımında Birləşmiş Ştatlardan seçilən ilk Papa olan Robert Fransis Prevostu təbrik edib.
“Yeni Papa seçilən kardinal Robert Fransis Prevostu təbrik edirəm. Onun ABŞ-dan seçilən ilk Papa olması böyük şərəfdir. Bu, ölkəmiz üçün də böyük şərəfdir. Mən Papa XIV Leo ilə görüşməyi səbirsizliklə gözləyirəm. Çox mənalı bir an olacaq”, - deyə Donald Tramp bildirib.
İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Ciorcia Meloni Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonu təbrik ediblər.
Sercio Mattarella Papa XIV Leoya ünvanlandığı məktubda İtaliya xalqı adından pontifikatın uzun və məhsuldar olmasını arzulayıb. İtaliya Prezidenti hər bir insanın Papa XIV Leonun duasından və mehriban yaxınlığından məhrum qalmayacağına əminliyini ifadə edib.
O qeyd edib ki, dünyanın çox hissəsinin qeyri-insani münaqişələrlə sarsıldığı və günahsız insanların bu vəhşiliyin ən ağır nəticələrinə məruz qaldığı bu tarixi məqamda bütün insanlar üçün toxunulmaz hüquqların, ləyaqət və azadlığın təminatı əsasında sülhə əsaslanan dünya və xalqlar arasında birgəyaşayış baxışını təşviq etmək üçün İtaliya Müqəddəs Taxt-Tac ilə daha da möhkəm əlaqələr qurmağa sadiq qalacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta