AZ

Ağ tüstü yüksəldi – Roma Papası bu dəfə Amerikadandır - FOTO

Ağ

Vatikan kardinaları Roma-Katolik Kilsəsinin yeni rəhbərini seçiblər – bu vəzifəyə amerikalı Robert Prevo gətirilib. O, 267-ci Roma Papası olub və XIV Lev adını qəbul edib. Canlı yayımı Vatican News təqdim edib.Yeni papanın adını Müqəddəs Pyotr kilsəsinin eyvanından Roma-Katolik Kilsəsinin kardinal-protodiakonu Dominik Mamberti elan edib. O, dünyaca məşhur latınca ifadəni səsləndirib: "Habemus Papam" ("Artıq Papamız var").Lev XIV ABŞ-dan seçilən ilk Roma Papası kimi tarixə düşüb.Roma Papası eyni zamanda Müqəddəs Taxt-Tacın və Vatikan şəhər-dövlətinin başçısı sayılır.Daha əvvəl Sistina kapellasının borusundan ağ tüstü qalxdığı xəbəri yayılmışdı. Kardinallar konklavının ikinci günündə, dördüncü turda səsvermə nəticəsində yeni papa seçilib.Ağ✍️"Ulusum".az

Diqqət Çəkənlər

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi

ABŞ və Böyük Britaniya Arasında Tarif Azaldılması Razılaşması Gözlənilir

Süfrənizdəki Təhlükə: Bu Qida 8 Növ Xərçənglə Bağlantılıdır!

Seçilən
0
ulusum.az

1Mənbələr