AZ

Maşını ikinci cərgədə park edən sürücü hərəkəti dayandırdı - VİDEO

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində baş verib.

Lənkəran rayonunun Liman şəhər sakini, 1998-ci il təvəllüdlü Fəhmin Mahir oğlu Məmmədli idarə etdiyi "Hundai SantaFe" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı kanala aşıb.

Qəza nəticəsində sürücü xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. Həkimlər ona başın küt travması, alın nahiyəsinin deşilmiş yarası diaqnozu qoyublar.

Qeyd edək ki, qəza nəticəsində ərazidən keçən qaz xəttinə də ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
Seçilən
0
avtosfer.az

1Mənbələr