Azərbaycan Türkiyənin müttəfiqidir,özü də təkcə Zaqafqaziyada deyil, prinsipcə müttəfiqidir. Bunu Ermənistanın NEWS.am nəşrinə müsahibəsində Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin deyib. Erməni sevdalısı rusiyalı deputat qeyd edib ki,“Yalnız onu deyə bilərəm ki, İlham Əliyevin Parada gəlib-gəlməməsindən asılı olmayaraq, mən çox yaxşı başa düşürəm ki, Rusiya, sadəcə, Azərbaycanla normal münasibətləri inkişaf etdirmək istəyir, lakin bu, heç də Azərbaycanın ağzına baxmaq və ya Azərbaycanı layiq olmadığı dərəcədə təqdir etmək demək deyil”, - deyə Konstantin Zatulin qeyd edib.
Rusiyaya gəlincə, rusiyalı deputatın sözlərinə görə, o, iki ölkə arasında normal münasibətlərin olmasını çox istərdi. Fikrini davam etdirən Zatulin Azərbaycana qarşı zəhərli və heç bir əsası olmayan ifadələr işlədir:- “Amma bu heç də o demək deyil ki, mən Bakının göstərişi ilə unutmalıyam ki, Azərbaycan 2020-2023-cü illərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı uzun illər aparılan danışıqları bir kənara atdı.Zatulin ermənilərə bir daha yaltaqlanmaq üçün vurğulayır ki,Azərbaycan Türkiyənin köməyi ilə Dağlıq Qarabağı faktiki olaraq ələ keçirdi.Fikir verin Rusiya kimi böyükbir dövlətin deputatı, komitə sədrinin müavini Azərbaycanın öz ərazisini işğaldan azad etməsiniQarabağı ələ keçirmək kimi dəyərləndirir.Ardınca isə qeyd edir ki,“Dağlıq Qarabağ”dakı erməni əhalisini bütövlüklə oradan tərk etməyə məcbur edən Azərbaycan haqda, başqa cür danışabilmirəm. Və bu, mənim fikrimcə, nə əvvəllər aparılmış danışıqların ruhuna, nə də bütövlükdə Rusiyanın maraqlarına heç bir şəkildə uyğun gəlmir. Amma eyni zamanda, heç kim erməni əhalinin qovulmasında, “min illik” tarixi olan erməni monastırlarının alban abidələri kimi elan edilməsində maraqlı ola bilməz”, - deyə Konstantin Zatulin sərsəmləməsini yekunlaşdırıb.
Surxay Əliyev