Türkiyənin Bəyoğlu bölgəsində evdə baş verən mübahisə zamanı Kamer Karanfilyan qardaşı Murat Karanfilyanı silahla vuraraq öldürüb. Ardınca intihar edib.
Sherg.az xəbər verir ki, 2 mərtəbəli bir binanın sonuncu mərtəbəsində yaşayan Kamer Karanfilyan ilə qardaşı Murat Karanfilyan arasında mübahisə baş verib. Mübahisənin şiddətlənməsi nəticəsində Kamer Karanfilyan, qardaşı Murat Karanfilyanı silahla vuraraq öldürüb.
Kamer Karanfilyan daha sonra eyni silahla özünə atəş açaraq intihar edib. Silah səslərini eşidənlərin məlumat verməsi ilə hadisə yerinə polis və təcili tibbi yardım qrupları cəlb olunub.
Evdə aparılan yoxlamalar zamanı hər iki qardaşın da həyatını itirdiyi müəyyən edilib. Polis əməkdaşlarının hadisə yerində apardığı araşdırmalardan sonra qardaşların meyitləri Məhkəmə Tibbi Ekspertiza İdarəsinin morquna aparılıb.
Hadisə ilə bağlı polis tərəfindən istintaq başlanılıb.